|
|
|
|
İspaniyanın paytaxtı Madriddə keçirilən Trashumancia Festivalı çərçivəsində 1200 qoyun və 200 keçi şəhərin küçələrini gəzib.
525.az xəbər verir ki, İspaniyanın paytaxtı Madriddə keçirilən 29-cu Trashumancia Festivalı rəngli görüntülərə şahidlik edib. Heyvandarlıq və otlaq sahələrinin qorunmasına diqqət çəkmək məqsədilə təşkil edilən festivala dolanışığını heyvandarlıqla təmin edən çoxlu sayda çoban qatılıb, həmçinin 1200 baş qoyun və 200 keçi Madrid şəhərinin tarixi küçələrini gəzib.
Çobanlar və ailələri ənənəvi geyimdə gəzintiyə qatılıb, milli musiqi alətlərinin müşayiəti ilə mahnılar oxuyublar.
1994-cü ildən Madriddə keçirilən Trashumancia Festivalı otlaqlarda və yaylalarda heyvandarlığa diqqət çəkərək, heyvandarlıqda istifadə edilən yolların və çəmənlik sahələrinin qorunmasını, bioloji müxtəlifliyin davam etdirilməsini və buna görə görülən tədbirlərin artırılmasını tələb edir.
Malik Atilay