|
|
|
|
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Fransa səfirliyinin nəzdində “Campus France” tərəfindən bu ölkənin təhsil sistemi haqqında təqdimat keçirilib.
UNEC-dən 525.az-a bildirilib ki, “Campus France”nin koordinatoru və səfirliyin universitet əlaqələri və elmi əməkdaşlıq üzrə attaşesi Augustin Huot De Saint-Albin tərəfindən keçirilən təqdimatda tələbələrə Fransanın ali təhsil müəssisələrinə qəbul qaydaları, təqaüd imkanları, mübadilə və ikili diplom proqramları haqqında məlumat verilib.
Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb.
Sevinc Qarayeva