|
|
|
|
Yəqin ki, bir çox insan həyatının son anlarında nələr barədə düşünəcəkləri ilə maraqlanır. Ölüm qarşısında hər kəs öz haqqında düşünür və danışır - kimsə qohumları və dostları ilə vidalaşır, bəziləri sevdikləri işlərini sona qədər tərk etmirlər, digərləri isə ölümə qarşı bir növ istehza etməkdən yaxşı bir şey tapmırlar.
525.az məşhurların ölüm qabağı son sözlərini təqdim edir:
Fyodor Dostoyevski (yazıçı)
"Yazıq... Canım... Sənə nə qoyub gedirəm... Yazıq, yaşamaq sənə necə də çətin olacaq!" (Həyat yoldaşına xitabən)
Rünosko Aqutava (yazıçı)
"Həyat bir döyüşdür... Sonu ölümlə bitən döyüş"
Frank Sinatra (müğənni)
"Mən onu itirirəm"
Corc Oruel (yazıçı)
"50 yaşında bütün insanlar layiq olduqları üz görünüşünə sahib olurlar"
Jan Pol-Sartr (filosof)
"Mən səni çox sevirəm, əzizim Bobr" (Həyat yoldaşına xitabən)
İsak Nyuton (fizik, riyaziyyatçı)
"Dünyanın məni necə qəbul etdiyini bilmirəm. Özümə həmişə dəniz sahilində oynayan və gözəl çınqıllar və qabıqlar axtararaq əylənən oğlan kimi görünürdüm, qarşımda isə naməlum həqiqət okeanı uzanırdı."
Leonardo Da Vinçi (rəssam)
"Əsərlərimdə istədiyim zirvəyə çata bilmədiyim üçün Allahı və insanları incitdim"
Persi Qreyncer (bəstəkar)
"Sən mənim sevdiyim tək insansan" (Həyat yoldaşına xitabən)
Alfred Hiçkok (rejissor)
"Sonunun nə olacağını heç kim bilmir. Ölümdən sonra nə olacağını dəqiq bilmək üçün ölmək lazımdır, baxmayaraq ki, katoliklərin bununla bağlı bəzi ümidləri var."
Malik Atilay