|
|
|
|
İsveçdəki dəniz arxeoloqları 2021-ci ilin dekabrında tapılan batmış gəminin ilk səfərində sulara qərq olmuş 17-ci əsrə aid Vasa hərbi gəmisinə bağlı Applet gəmisi olduğunu müəyyən ediblər.
525.az xəbər verir ki, İsveç Qəza Muzeyindən verilən açıqlamaya görə, İsveç dəniz arxeoloqları ilk səyahəti zamanı batmış Applet gəmisi tapıblar.
2021-ci ilin dekabr ayında Vaxholm adasında batmış gəmidə aparılan araşdırmalar nəticəsində gəminin İsveç Donanmasının döyüş gəmilərindən biri olan Applet olduğu müəyyən edilib. Texniki detallara əlavə olaraq, ölçülər və ağac nümunələrinin gəminin Applet olduğunu göstərdiyi bildirilib. Dəniz arxeoloqu Jim Hansson kəşflə bağlı verdiyi açıqlamada: "Qazıntının Vasa ilə nə qədər oxşar olduğunu görəndə nəbzimiz sürətləndi", - deyib.
Malik Atilay