|
|
|
|
Çində kiçik qızını dişləyən xərçəngə qəzəblənən ata qisas almaq üçün heyvanı diri-diri yeyib. Məlum olub ki, 2 ay sonra şiddətli ağrılarla xəstəxanaya müraciət edən kişi ən azı 3 müxtəlif parazitə yoluxub.
525.az xəbər verir ki, Çinin şərqindəki Zhejiang şəhərindən olan 39 yaşlı kişi kiçik qızını dişləyən xərçəngə əsəbiləşib və heyvanı diri-diri yeyib. Başına nə gələcəyindən xəbəri olmayan qəzəbli ata hadisədən təxminən iki ay sonra ağır xəstələnib.
Həkimlər davamlı bel ağrıları ilə təcili yardıma müraciət edən kişinin həzm sistemində və qaraciyərində patoloji dəyişikliklər olduğunu açıqlayıb, lakin səbəbini tapa bilməyiblər. Ser Run Run Shaw Xəstəxanasından həkim Cao Qian yerli mediaya deyib ki: "Adı Lu olan adamdan allergiyaya səbəb ola biləcək qeyri-adi bir şey yeyib-yemədiyini israrla soruşdular, lakin kişi həmişə “yox” cavabını verdi".
Həkimlərin xəstəliyin səbəbini tapmaq üçün çarəsiz qaldıqları məqamda Lunun arvadı ərinin iki ay əvvəl yediyi xərçəngi xatırlayaraq xəstəliyin səbəbi ola biləcəyini deyib. Həkimlər ondan xərçəngi niyə yediyini soruşduqda, kişi: “Balaca bir xərçəng qızımı dərənin kənarında dişlədi, mən də hirsləndim və qisas almaq üçün onu ağzıma atdım”, - deyə cavab verib.
Malik Atilay