|
|
|
|

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Ro Khanna ölkədə benzinin qiymətinin orta hesabla 3,78 dollar yuxarı qalxdığı dövrlərdə neft ixracını qadağan edən qanun layihəsi təqdim edib.
525.az xəbər verir ki, uzun müddətdir ABŞ-da benzinin bahalaşması ilə əlaqədar neft şirkətlərini sərt tənqid edərək gündəmə gələn demokrat Khanna Nümayəndələr Palatasına qanun layihəsi təqdim edib.
Qanun layihəsi ölkədə benzinin qiyməti orta hesabla gallon üçün 3,12 dollardan yuxarı qalxarsa, neft ixracının qadağan edilməsini nəzərdə tutur. Khanna verdiyi yazılı açıqlamada: "Böyük neft şirkətləri bu həftə öz mənfəət dərəcələrini açıqladıqca, amerikalı ailələr qaz almaq üçün mübarizə aparırlar. Bu şirkətlərin neft ixrac edərək qazanc əldə etməsinə icazə verilməməlidir. Ölkədə artan neft qiymətləri ilə mübarizə aparmalıdır. Qiymətlər 2019-cu ilin səviyyəsinə qalxarsa, neft ixracını qadağan etmək mütləq olacaq", - deyə bildirib.
Malik Atilay



