|
|
|
|
İsveçrə Mərkəzi Bankı (SNB) bu ilin yanvar-sentyabr aylarını 142,4 milyard frankı (142,4 milyard ABŞ dolları) zərərlə başa vurub.
525.az xarici mətbuata istinadən xəbər verir ki, bu, SNB-nin son 115 ildə üzləşdiyi ən böyük zərərdir.
Məlumata görə, zərərin 141 milyard frankı bankın aldığı səhm və istiqrazların dəyər itirməsi, 1,2 milyard frankı isə qızılın dəyərdən düşməsi ilə bağlı olub.
Mütəxəssislər zərərin bu ilin sonuna qədər 204 milyard franka çatacağını gözləyirlər.