Hindistanın Qucarat əyalətində asma körpünün uçması nəticəsində yüzlərlə insan çaya düşüb, azı 40 nəfər ölüb.
525.az xəbər verir ki, Hindistan mətbuatında çıxan xəbərə görə, ölkənin qərbindəki Qucarat əyalətinin Morbi şəhərində üzərində ən azı 400 nəfərin olduğu asma körpü çöküb.
Hadisə zamanı ən azı 40 nəfər həyatını itirib, körpüdə olan yüzlərlə insan Macçu çayına düşüb.
Qucarat polis rəisi Aşiş Bhatia axtarış-xilasetmə işlərinin başladığını və çoxlu sayda insanın xilas edildiyini, lakin ölənlərin sayının arta biləcəyini açıqlayıb.
Yerli mediada yayılan görüntülərdə bəzi insanların uçan körpünün su səthinə sığındığı görülüb. Bundan əlavə, uçan körpünün son təmirdən sonra yenidən istifadəyə verildiyi bildirilir.
Hindistanın baş naziri Narendra Modi “Twitter” hesabından verdiyi açıqlamada hadisədən dərin kədərləndiyini vurğulayaraq: "Axtarış və xilasetmə qrupları zərərçəkənlərə kömək edəcək. Qucaratdakı faciə məni narahat edir. Düşüncələrim və dualarım zərərçəkənlərlədir" - deyib. Modi həmçinin bildirib ki, qəzada həyatını itirənlərin yaxınlarına təxminən 2430 dollar, yaralananlara isə təxminən 600 dollar veriləcək.
Malik Atilay