(36-cı gün)
Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
lll
Müdafiə Nazirliyinin məlumatına əsasən, döyüş əməliyyatları əsasən, cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.
lll
İşğalçı ordunun xeyli sayda canlı qüvvəsi, bir ədəd piyada döyüş maşını, iki ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, səkkiz ədəd müxtəlif tipli topu, iki rabitə qülləsi, beş ədəd avtomobil texnikası sıradan çıxarılıb.
lll
Ermənistan silahlı qüvvələrinin döyüş sursatı yüklənmiş hərbi yük maşınları partladılıb.
lll
Zəngilan istiqamətində düşməndən növbəti hərbi qənimət götürülüb.
lll
Düşmən Tərtər və Ağcabədi rayonlarının yaşayış məntəqələri növbəti dəfə artilleriya atəşinə tutulub
lll
Düşmənə məxsus iki ədəd "Qrad", iki artilleriya batareyası, hərbi avtomobil korteji sıradan çıxarılıb.
lll
Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsinin məhv edilməsinin videogörüntüsünü paylaşıb.
lll
Düşmənin xeyli sayda canlı qüvvəsi aviazərbələrlə məhv edilib.