F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Nizami rayonu Ə.Mahmudov adına 220 saylı məktəb-liseyin şagirdləri ilə yazıçı Fatimə Alxazın görüşü keçirilib.
525.az xəbər verir ki, beynəlxalq məktəb kitabxanaları gününə həsr olunan görüşdə şagirdlər yazdıqları hekayələrlə çıxış edib, ən yaxşı hekayə yazan şagirdlərə yazıçı tərəfindən sertifikat və imzalı kitablar verilib. Görüşdə iştirak edən məktəbin psixoloqu Gülbəniz İsmayılova uşaqların formalaşmasında kitabxana və mütaliənin rolunu xüsusi qeyd edib. Tədbir iştirakçıları Respublika Uşaq Kitabxanasının şöbələri, kitab fondu və oxu zalları, həmçinin “Göy qurşağı” uşaq jurnalının yeni nömrələri ilə yaxından tanış olublar. Şagirdlərə elektron kitabxana ilə bağlı ətraflı məlumatlar verilib.