"Yüksək texnologiyaların inkişafı, qloballaşma telefondan imtinanı mümkünsüz edir, ancaq şagirdlərin məktəbə telefonla gəlməsi təhsilin keyfiyyətinə mənfi təsir göstərir".
Bunu 525.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib. Ekspert bildirib ki, məktəbdə hərənin əlində bir telefon var, biri oyun oynayır, o biri şəkil çəkir, digəri başqa bir işlə məşğul olur:
"Telefon qadağası əleyhdarları isə fərqində deyillər ki, bu, təhsilin səviyyəsinə, onun keyfiyyətinə mənfi təsir göstərir. Ən dəhşətlisi isə odur ki, belə hallar özünü təkcə şagirdlər arasında yox, artıq həm də müəllimlər arasında göstərirməyə başlayıb. Təhsil rəsmilərimizin mövqeyi isə hələlik bundan ibarətdir ki, bu məsələ məktəblərin daxili nizam-intizam qaydaları ilə tənzimlənir. Beynəlxalq təhsil sisteminə inteqrasiya edirik, dünya təcrübəsinin müsbət nümunələrindən yararlanmağa çalışırıqsa, bu kimi məsələlərdə də başqa ölkələrin təcrübəsindən yararlana bilərik".
Ekspertin dediyinə görə, dünyanın aparıcı ölkələrində belə bir təcrübə var ki, məktəblərin girişində telefonlar yığışdırılıb bir qutuya qoyulur, dərslər bitəndən sonra isə şagirdlərə qaytarılır:
Sevinc Qarayeva