Bu gündən etibarən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların elektron yerdəyişməsi prosesinə başlanılıb.
Elm və Təhsil Nazirliyindən 525.az-a bildirilib ki, uşaqların yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.
Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.
Sevinc Qarayeva