|
|
|
|

Türkiyənin diplomatik təşəbbüslərindən sonra Rusiyanın taxıl müqaviləsinə qayıtması ilə buğdanın qiyməti 6 faizdən çox ucuzlaşıb.
525.az xəbər verir ki, Geosiyasi proseslərlə yanaşı, əmtəə bazarında da dalğalanma müşahidə olunur. Rusiyanın Qara dəniz razılaşmasını dayandırdığını elan etməsindən sonra kəskin bahalaşan buğda qiymətləri, Türkiyənin diplomatik təşəbbüslərindən sonra Rusiyanın taxıl müqaviləsinə qayıtması ilə bu gün sürətlə geri çəkilib. Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov, Birləşmiş Millətlər Təşkilatının (BMT) iştirakı və Türkiyənin dəstəyi sayəsində taxıl sazişi ilə bağlı Ukraynadan lazımi yazılı təminat aldıqlarını ifadə edərək: "Rusiya aldığı təminatları kifayət qədər gördü, taxıl sazişində iştirakını davam etdirəcək", - deyib.
Bu inkişaflarla birlikdə Çikaqo Ticarət Birjasında bazar ertəsi 6,4 faiz çərşənbə axşamı isə 2,3 faiz artaraq 9 dolları keçən buğda fyuçers müqavilələrinin qiyməti bu gün 6,43 faizdən çox azalaraq 8,43 dollar olub. Hazırda Çikaqo əmtəə birjasında satılan qarğıdalının qiyməti 2,1 faiz, soyanın qiyməti isə 0,7 faiz ucuzlaşıb.
Məhəmməd Tağıyev



