|
|
|
|

Almaniyada federal və əyalət hökumətləri yüksək enerji qiymətləri və inflyasiya fonunda istehlakçıları və şirkətləri rahatlaşdırmaq üçün enerji qiymətlərinə məhdudiyyət qoymağa razılaşıblar.
525.az xəbər verir ki, Baş nazir Olaf Şolts paytaxt Berlində keçirilən görüşdən sonra keçirilən mətbuat konfransında alınan qərarlarla əlaqədar təbii qaz və elektrik qiymətlərinin məhdudlaşdırılmasına razılaşdıqlarını açıqlayıb.
Enerjidə artan qiymətlərə işarə edən Şolts: "Qaz və elektrik qiymətlərində məhdudiyyət olacaq", - deyib.
Şolts, dövlətlərlə görülən yeni tədbirlərin dəyərinin 200 milyard avroya çatacağını bildirib. Xüsusilə, Rusiyanın Ukraynadakı müharibəsini nəzərə alaraq görülən tədbirlərin zəruri olduğunu bildirən Şolts: "Müharibənin nəticələrinin olduğunu görürük", - deyə açıqlamasında bildirib.
Almaniya kansleri əlavə edib ki, artıq bir milyondan çox ukraynalı ölkədə qeydiyyatdadır.
Malik Atilay



