|
|
|
|

Çin və Pakistan arasında Çin yuanı ilə həyata keçiriləcək transsərhəd pul köçürmələrinin təşkili üçün əməkdaşlıq müqaviləsi imzalanıb.
525.az xəbər verir ki, Çin Xalq Bankının (PBoC) bəyanatında deyilir ki, qaydalar iki ölkənin biznes və maliyyə qurumlarına qarşılıqlı pul köçürmələri üçün yuandan istifadə etməyə icazə verəcək.
Açıqlamada, pul köçürmələrinin yuanla edilməsinin ikitərəfli ticarət və investisiyaları asanlaşdıracağı qeyd edilib. İki ölkənin mərkəzi bankları arasında saziş Pakistanın baş naziri Şahbaz Şərifin Pekinə səfəri zamanı imzalanıb.
Aprel ayında vəzifəsinin icrasına başlayan Şərif Çinə ilk səfəri zamanı Prezident Si Cinpin və Baş nazir Li Kiqiang ilə görüşüb.
Qeyd edək ki, danışıqlar zamanı tərəflər iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi və davam etdirilməsi mesajını veriblər. Pekin administrasiyası Pakistanla münasibətlərini “hər şəraitdə yüksək səviyyəli strateji əməkdaşlıq” kimi xarakterizə edir. İki ölkə “Kəmər və Yol” təşəbbüsünün bir hissəsini təşkil edən Çin-Pakistan İqtisadi Dəhlizi çərçivəsində birgə nəqliyyat və infrastruktur layihələri həyata keçirir.
Malik Atilay



