Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Ömürboyu Təhsil Mərkəzində Rəqəmsal Marketinq kurslarının 3-cü sessiyası başladı.
525.az xəbər verir ki, 3 aylıq tədris proqramını əhatə edən kursda iştirakçılar əmək bazarının tələbinə uyğun praktiki biliklər əldə etmək imkanı qazanacaqlar.
Tədris proqramı müddətində 5 fərqli modul üzrə dərslər tədris ediləcək.
Sosial Media Marketinq (SMM), Axtarış motorlarının marketinqi (SEM), Axtarış motorlarının optimizasiyası (SEO)
E-mail Marketinq və İnflunser Marketinq.
Dərslər bu sahədə uğurlu karyeraya sahib 4 fərqli peşəkar təlimçi tərəfindən tədris ediləcək.
Kursu uğurla başa vuran iştirakçılar rəsmi UNEC sertifikatı qazanacaqlar.
Sevinc Qarayeva