Noyabrın 4-də Dövlət İmtahan Mərkəzində coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının iclasları keçirilib.
Mərkəzin mətbuat xidmətindən verilən xəbərə əsasən, iclaslarda ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun apşırıq nümunələri müzakirə olunub. Müzakirəyə təqdim edilmiş hər bir tapşırıq mövzu, qabiliyyət göstəricisi və mürəkkəblik dərəcəsinə görə təhlil dilib.İştirakçılar müzakirə edilən məsələlərlə bağlı təkliflər veriblər.Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.
Sevinc Qarayeva