Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası (International Junior Science Olympiad-IJSO) təbiət elmləri (fizika, kimya, biologiya) üzrə yaşı 15-dən çox olmayan şagirdlər arasında həm fərdi, həm də komanda formasında təşkil olunan elm yarışıdır. Bir neçə ildir ki, Azərbaycan məktəbliləri bu yarışda ölkəmizi uğurla təmsil edirlər.
Bu barədə 525.az-a Təhsil İnstitutundan bildirilib. Qeyd olunub ki, dekabrın 2-dən 12-dək Kolumbiyanın Boqota şəhərində keçirilməsi nəzərdə tutulan Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası üçün sentyabr və oktyabr ayları ərzində 2 mərhələli seçmə imtahanı keçirilib. Noyabr ayında hər iki seçmə imtahanında uğurlu nəticə göstərərək ölkəmizi bu olimpiadada təmsil etmək hüququ qazanan 6 şagird müvafiq fənlər üzrə nəzəri dərslərə, laboratoriya məşğələlərinə və yarış psixologiyası üzrə sessiyalara cəlb olunub.
Sevinc Qarayeva