"Təhsildə elmilik olmalıdır, amma onun da öz meyarı var".
525.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində təhsilin ayrıca bölmə kimi yer alması, ilk dəfə konkret hədəflərin müəyyən olunması təhsil işçiləri qarşısında konkret məqsədlər qoyur:
"Azərbaycan təhsili 1 milyon 500 min nəfərdən artıq şagirdi, 150 minədək məktəbəqədər təhsil alan uşağı, 200 mindən çox tələbəni, eyni zamanda, 170 minə qədər ümumtəhsil müəssisələrində işləyən təhsil işçilərini və milyonlarla valideyni özündə birləşdirir".
Sevinc Qarayeva