"Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin müəllimlərinin maaşlarının fərqli olması narahatlıq doğurur".
Bunu millət vəkili Ceyhun Məmmədov 525.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bəzi universitetlərdə maaşlar 2-3 dəfə, bəzilərində isə aşağıdır: "Qiymət artımına baxanda müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atılmalıdır".
Deputat bildirib ki, daha bir narahatlıq doğuran məsələlərdən biri kişi müəllimlərin sayının azlığıdır: "Kişilər daha çox özəl sektora meyilli olurlar. Hesab edirəm ki, maaşların artırılması müəllimlik peşəsinə marağı da artırmış olar. Həmçinin tələbə təqaüdlərinin məbləğinin artırılması da gündəmdə olmalıdır".
Sevinc Qarayeva