|
|
|
|

ABŞ-ın Miçiqan Universiteti tərəfindən ölçülən istehlakçı güvən indeksi noyabr ayında aylıq 5,2 faiz azalaraq 54,7-yə enərək iyul ayından bəri ən aşağı səviyyəyə düşüb.
525.az xəbər verir ki, Miçiqan Universiteti, Amerika istehlakçılarının tendensiyalarına uyğun olaraq hazırlanmış noyabr ayı üzrə istehlakçı güvən indeksinin aparıcı məlumatlarını açıqlayıb. Buna görə istehlakçı güvəni noyabr ayında bir əvvəlki aya görə 5,2 faiz azalaraq 54,7 olub.
Bu dövrdə bazar gözləntilərindən çox geriləyən istehlakçı güvən indeksinin 59,5 dəyər alacağı gözlənilirdi. İyul ayından bəri ən aşağı səviyyəyə enən istehlakçı güvən indeksi oktyabrda 59,9 olub.
Amerikalıların cari maliyyə şərtləri ilə bağlı qiymətləndirməsini ölçən cari iqtisadi şərtlər indeksi noyabrda aylıq 7,8 faiz azalaraq 57,8-ə düşüb.
İstehlakçıların uzunmüddətli proqnozlarını əks etdirən istehlakçı gözləntiləri indeksi də eyni dövrdə 3,5 faiz azalaraq 52,7-yə düşüb.
Bəyanatda fikirləri yer alan İstehlakçı Araşdırmaları Direktoru Joanne Hsu, qısamüddətli orta inflyasiya gözləntisinin 5 faizdən 5,1 faizə yüksəldiyini ifadə edib. Uzunmüddətli orta inflyasiya gözləntisinin 3 faiz səviyyəsində olduğuna diqqət çəkən Hsu, həm qlobal faktorlar, həm də ara seçkilərin yekun nəticələri ilə bağlı qeyri-müəyyənlik səbəbiylə istehlakçı inamındakı qeyri-sabitliyin davam edəcəyinə diqqət çəkib.
Malik Atilay



