|
|
|
|

Almaniyada son üç atom elektrik stansiyasının bu ilin sonuna qədər bağlanmasına qərar verilsə də, enerji böhranı səbəbilə 2023-cü il aprelin 15-də bağlanması qərarlaşdırılıb.
525.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Bundestaqın iclasında hökumət tərəflərinın təqdim etdiyi Aşağı Saksoniyada Emsland, Bavariyada Isar 2 və Baden-Vürtemberqdə Neckarwestheim 2 atom elektrik stansiyasının bağlanması təsdiqlənib.
Səsvermədə iştirak edən 661 deputatdan 375-i hökumətin planlaşdırdığı kimi, 15 aprel 2023-cü ildə atom elektrik stansiyalarının bağlanmasını dəstəkləyib. Ciddi enerji darboğazının yaşandığı bir vaxtda 216 deputat atom elektrik stansiyalarının bağlanmasının əleyhinə çıxıb, 70 deputat bitərəf qalıb.
Sevil Seymur



