|
|
|
|

Almaniyanın mühüm iqtisadi və beyin mərkəzlərindən biri olan İqtisadiyyat Araşdırmaları İnstitutu (İFO) yüksək qaz və neft qiymətlərinin bu il Almaniya iqtisadiyyatında 64 milyard avro real gəlir itkisinə səbəb olacağını bildirib.
525.az xəbər verir ki, İFO tərəfindən aparılan "Mövcud enerji böhranında real gəlir itkilərinin müəyyən edilməsi" tədqiqatının nəticələri dərc olunub. Araşdırmada yüksək qaz və neft qiymətlərinin Almaniya iqtisadiyyatında milyardlarla avro real gəlir itkisinə səbəb olduğu və bu il üçün real gəlir itkilərinin 64 milyard avro civarında olacağı və bunun ölkə gəlirinin 1,8 faizini təşkil edəcəyi ifadə edildi. Araşdırmada keçən il sözügedən real gəlir itkisinin 35 milyard avronu keçdiyi və ÜDM-in 1 faizini keçdiyi, gəlir itkilərinin qarşıdakı illərdə də davam edəcəyinin gözlənildiyi bildirilib. İFO Business Cycle Research və İqtisadi Proqnozlaşdırma Meneceri Timo Volmerşauzer: "Gələn il təxminən 9 milyard avro və ya iqtisadi məhsulun 0,2 faizi real gəlir itkisini gözləyirik", - ifadələrini işlədib.
Məhəmməd Tağıyev



