Fizika fənni üzrə 8-9-cu siniflər arasında keçirilən müsabiqənin II mərhələsinin nəticələri açıqlanıb.
Təhsil İnstitutundan 525.az-a bildirilib ki, müsabiqənin nəticələrinə əsasən 50 və daha yüksək bal toplayan şagirdlər final mərhələsində iştirak hüququ qazanıblar. Nəticələri olimpiada.edu.az saytına daxil olaraq əldə etmək mümkündür.
Final mərhələsi noyabrın 26-da saat 10:00-da Fizika, riyaziyyat və informatika təmayüllü liseydə keçiriləcək.
Müsabiqə uzun müddət fizika fənni üzrə beynəlxalq olimpiadalarda Azərbaycan komandalarının rəhbəri olan Naqif Nəbiyevin xatirəsinə həsr edilib.
Sevinc Qarayeva