https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
search
27 Aprel 2024
26 Aprel 2024

"Yarımfabrikat" çempionat, uğursuz məşqçilər... - İlqar Tağıyev yazır

"Yarımfabrikat" çempionat, uğursuz məşqçilər... -  İlqar Tağıyev yazır

İlqar TAĞIYEV

3 il əvvəl Azərbaycan futbolunda yaşanan biabırçı hal hələ yaddan çıxmayıb. Həmin vaxt AFFA danışılmış oyunlarda iştirakına görə xeyli futbolçuya, futbolla bağlı insana sərt cəza tətbiq etmişdi. 1-ci Divizionda çıxış edən "Turan Tovuz"un 7, "Zirə-2"nin 1 futbolçusu ilə yanaşı Region Liqasından "Uğur", "Ağsu Siti" və "Alyans"ın hərəyə 1 üzvü futboldan ömürlük kənarlaşdırılmışdı. Bu bir yana, AFFA-nın "təmizləmə əməliyyatı" zamanı bütöv bir komanda - Divizion təmsilçisi "Ağsu" sözügedən məsələyə görə çempionatdan çıxarılmışdı. Demə, "Ağsu"nun heyətinin yarıdan çoxu - 14 futbolçusu, 1 məşqçisi və 2 inzibati işçisi də belə işlərlə məşğul imiş. Bu, Azərbaycan futbolunda ilk belə hal deyildi. Daha əvvəl də AFFA oyunların nəticəsini əvvəlcədən müəyyənləşdirən futbolla bağlı onlarla insana və bir neçə komandaya sərt cəza vermişdi. Deyəsən, bu da sonuncu olmayacaq.

Bildiyim qədər, AFFA yenidən danışılmış oyunlarla bağlı araşdırmalara başlayıb. 1-ci Divizionda çıxış edən "Turan Tovuz"un əvəzedici komandasının, həmçinin, "İmişli", "Mingəçevir" və MOİK-in adı danışılmış oyunlarda hallanır. Hətta deyilənə görə, "şübhəli şəxs" qismində Premyer Liqanın 2 təmsilçisinin də adı var.

Oyun alqı-satqısı, danışılmış oyunlar və nəticəsi əvvəldən müəyyənləşdirilmiş oyunlar... Diqqət yetirsək, aralarında fərqli var. Oyun alqı-satqısında bir komanda müəyyən məbləğ qarşılığında rəqibə oyunu udmağı və ya uduzmağı təklif edir. Danışılmış oyunlarda da oxşar hal baş verir, "cinayət"də hər iki komanda iştirakçı olur. Nəticəsi əvvəldən müəyyən olunmuş oyunlarda isə rəqib komandanın iştirakı o qədər vacib deyil, bir komandanın futbolçusu və ya futbolçuları "məsələni" öncədən həll edə bilir və buna qarşılıq maliyyə baxımından "irəli düşürlər". Məsələn, hesabda irəli olduqları halda uduzurlar və ya qəsdən komandasının böyük hesabla yenilməsinə şərait yaradırlar. Hazırda daha çox bu variant dəbdədir. Amma hər 3-nü birləşdirən bir məqam var - qanunsuzluq.

Bəs, bizim çempionatlarda nəticəsi əvvəlcədən müəyyənləşdirilmiş oyunlar olurmu? Cari çempionatlarla bağlı kiçik araşdırma apardıq və məlum oldu ki... 1-ci Divizionda geridə qalan 11 turda baş tutan 71 oyunun 6-da rəqiblərdən biri 1-ci hissədə məğlub olduqları halda, geridönüş edərək oyunu qələbə ilə başa vurublar. Faiz nisbətilə - 8.45 faiz. Premyer Liqamızda isə faiz dərəcəsi bir qədər artıqdı - 14 tura 66 oyun və 6 geridönüş - 9.1 faiz. Qeyd edim ki, məhz bu hal futbol qumarında ən çox istifadə olunan variantdır və adətən bu variant işbazlar tərəfindən aşağı liqalarda tətbiq edilir. Maraq üçün "böyük beşlik" ölkələrinin yüksək dəstələrində keçirilmiş oyunlardakı geridönüşləri də hesabladıq:

İngiltərə, Premyer Liqa: 156 oyun (16 tur), 9 geridönüş - 4.48 faiz İspaniya, La Liqa: 146 oyun (15 tur), 4 geridönüş - 2.74 faiz Fransa, Liqa 1: 146 oyun (15 tur), 4 geridönüş - 2.74 faiz Almaniya, Bundesliqa: 129 oyun (15 tur), 6 geridönüş - 4.65 faiz İtaliya, Seriya A:  144 oyun (15 tur), 6 geridönüş - 4.17 faiz

Statistik göstəricilərə görə, futbolu inkişaf etmiş ölkələrin əsas çempionatlarında komandaların 1-ci hissədə məğlub olmalarına baxmayaraq, geridönüş etmə halları 5 faizi keçmir. Futbolu daha zəif olan ölkələrdə, əsas da, həmin ölkələrin aşağı liqalarında isə faiz göstəricisi daha artıqdı. Bizim 1-ci Divizionda olduğu kimi. Maraqlı məqam yaranır, bir qədər ətraflı izah edim. İngiltərə Premyer Liqasında son turda "Tottenhem" evdə "Lids"ə 1-ci hissədə 1:2 hesabı ilə məğlub olsa da, yekunda 4:3 hesabı ilə qalib gəlib. Yaxud, 4-cü turdakı "Mançester Siti"-"Kristal Pelas" matçı. Meydan sahibləri ilk yarıda qapılarında 2 top görsələr də, yekunda qalib gəlməyi bacarıblar - 4:2. La Liqadan da misal gətirim. İlk turdakı "Almeriya"-"Real" matçında "Almeriya" 1-ci hissəni üstün durumda bitirir, yekunda qələbə "Real"ın olur - 1:2. "Tottenhem"də baş məşqçi Antonio Konte, "Mançester Siti"də Xosep Qvardiola, "Real"da isə Karlo Ancellotidi. Futbol dahiləri! Belə məşqçiləri və oyunun gedişini dəyişməyi bacaran dünya səviyyəli futbolçuları olan komandalar üçün geridönüşləri gerçəkləşdirmək məntiqlidir. Elə götürək öz Premyer Liqamızı. 6 geridönüşdən 2-i "Sabah"ın, 1-i isə "Qarabağ"ın payındadır. Hər 2 komandanın heyəti Azərbaycan üçün əladır. Baş məşqçilərə gəlincə,  Qurban Qurbanovun bacarığı hamıya məlumdur. Murad Musayev də sübut edir ki, yaxşı məşqçidir. Yəni, belə məşqçilərə və yaxşı futbolçulara sahib komandalar geridönüş edər, hələ o yana da keçərlər. Bu, Premyer Liqamızda da normal haldır. Bəs, 1-ci Divizion üçün necə?

İllər əvvəl həmkarlarımdan biri 1-ci Divizionu "Yarımfabrikat çempionat" adlandırmışdı. Həqiqətən, komandalara, futbolçulara, funksionerlərə və məşqçilərə fikir versək, hamısının da olmasa, böyük əksəriyyətinin uğursuz olduğunu sezərik. Mövzunu davam etməmiş Diviziondakı məşqçilərin səviyyələrinə fikir verək. Yalnız "Araz Naxçıvan"nın baş məşqçisi Azər Bağırov "Pro" kateqoriyalıdır, indiyə kimi olan nəticələri və Naxçıvanda gördüyü iş hamıya məlumdur, əsl "Pro"luqdur. Yerdə qalanlardan əksəriyyət "A" kateqoriyasına sahibdi. Aralarında "B", hətta "C" kateqorilı məşqçilər də var. Maraqlıdır ki, "Pro" kateqoriyalı əksər məşqçilərimiz "aşağı"da işləməyi özlərinə sığışdırmır, "yuxarı"da kiminsə büdrəməsini gözləyir. Bir yandan doğru edirlər. Bu, başqa söhbətin mövzusudur, nə vaxtsa qayıdacağam. Əlqərəz, komandalar məcburiyyətdən aşağı ranqlı, təcrübəsi olmayan məşqçilərə tapşırılır. Belələri az deyil, hamısının adını çəksəm, yazı uzanacaq. Nəzərlərinə çatdırım: bildiyim qədər, gələn mövsümdən etibarən Divizionda baş məşqçi olmaq üçün mütləq azı "A" kateqoriyası tələb olunacaq.

Qayıdaq nəticəsi əvvəldən müəyyənləşdirilmiş oyunlara. Bayaq Kontenin, Qvardiolanın, Ancelottinin, Qurbanovun adlarını çəkdim və komandalarının geridönüş etmələrinin normal qəbul olunduğunu vurğuladım. Onda belə çıxır ki, 1-ci Diviziondakı məşqçilərimiz La Liqadakı, Premyer Liqadakı həmkarlarından daha bacarıqlıdılar, komandaların futbolçuları daha səviyyəlidir. 1-ci Divizionda oyun alqı-satqısı, danışılmış və nəticəsi əvvəlcədən müəyyən edilmiş oyunlar həmişə müzakirə predmeti olub. Fakt budur ki, zaman-zaman bu sahədə aparılan yoxlamaların nəticəsi müsbətdir. Növbəti yoxlamanın "cavab"ı yaxınlarda bilinəcək. Ümid edək ki, budəfəki "cavablar" mənfi çıxacaq. Amma... Amma nə qədər ki, Divizion komandaları imkansız olacaq, nə qədər ki, futbolçular qəpik-quruşa top qovacaqlar, o halda "futbol qumarı" üçün münbit şərait hökm sürəcək. Divizionda maaşı 500 manat olan məşqçi, 80 manat olan futbolçu tanıyıram. Artıq pul heç kimin "cibini deşmir". Ələlxüsus da bəzi imkansız komandaların və bəzi kasıb futbolçularının!..

Müəllifin digər yazıları
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.