BMT silahlı münaqişələrə cəlb olunan uşaqlarla bağlı illik hesabat hazırlayıb.
APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, ən çox uşaqlar Suriya və İraqdakı hərbi qruplaşmalarda yer alıblar.
BMT baş katibi Pan Gi Mun bildirib ki, İŞİD-in tərkibində 14 yaşlı uşaqlar var. Həmin uşaqlara hərbi təlimlər keçirilir.
Hesabatda bildirilir ki, bu uşaqlara müəyyən vəsait (təxminən 200 dollar) ödənilir.
Sənəddə həmçinin qeyd olunur ki, İŞİD-lə yanaşı Suriyada bəzi silahlı qruplar aktiv şəkildə uşaqları öz sıralarına cəlb edir. Bunlar Azad Suriya Ordusu, Kürd Xalq Müdafiə Bölmələri, Əhrar əl-Şam və Cəbhə əl-Nusra kimi qruplaşmalardır.
Suriyada münaqişə başladığı gündən 10 mindən çox uşaq həyatını itirib. Hesabatda vurğulanır ki, uşaqlar qaçırılaraq hökumət qüvvələri və silahlı qruplaşmalar tərəfindən cinsi zorakılığa məruz qalır.