Misirin paytaxtı Qahirədə xəstəxanada baş verən yanğında 3 nəfər ölüb, 32 nəfər isə yaralanıb.
525.az xəbər verir ki, Misirin paytaxtı Qahirədə yerləşən xəstəxananın radiologiya şöbəsində yanğın baş verib. Hadisə zamanı 3 nəfər ölüb, 32 nəfər yaralanıb. Yanğın yerinə çoxlu sayda yanğınsöndürən və təcili yardım maşını göndərilib, yaralılar isə yaxınlıqdakı xəstəxanalara aparılıb. Misir Səhiyyə Nazirliyindən verilən açıqlamada xəstəxananın qeyri-hökumət təşkilatına aid olduğu və yanğının nəzarət altına alındığı bildirilib.
Qeyd edək ki, yanğının səbəbi hələlik məlum olmasa da, hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Məhəmməd Tağıyev