|
|
|
|

Prezident İlham Əliyev bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanunu imzalayıb.
525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, qanuna əsasən, 21 rayon üzrə 204 bələdiyyə birləşdirilir və 94 yeni bələdiyyə yaradılır. Bununla da 110 bələdiyyə ləğv edilir.
Ağcabədi, Ağsu, Bərdə, Göygöl, Neftçala, Ucar rayonları üzrə 1, Astara, Xaçmaz, Qax, Samux, Balakən rayonları üzrə 2, Fizuli rayonu üzrə 3, Goranboy, Quba, Şəmkir, Tərtər rayonları üzrə 4, Zaqatala üzrə 6, Şamaxı üzrə 8, Gədəbəy üzrə 11, Ağdaş üzrə 15, Qəbələ rayonu üzrə isə 19 bələdiyyə birləşdirilir.



