Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
525.az APA-ya istinadən xəbər verir ki, hadisə metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında baş verib.
Belə ki, 1962-ci il təvəllüdlü Aslanova Yeganə İdris qızı yolu keçərkən onu motosiklet vurub.
Yaralı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.