149 nömrəli məktəbdə naməlum səbəbdən səhhətində problem yaranan və Kliniki Tibbi Mərkəzə aparılan şagirdlər hamısı evə buraxılıb.
Bu barədə məktəbdən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, aprelin 18-da 149 nömrəli tam orta məktəbdə özünü narahat hiss edən və məktəb rəhbərliyi tərəfindən dəvət olunmuş təcili-tibbi yardım tərəfindən səhiyyə müəssisəsinə yerləşdirilən şagirdlərin hamısı müvafiq müayinə və tibbi prosedurlardan sonra evə buraxılıb.
xxx
149 saylı məktəbin xəstəxanada olan şagirdlərindən xəstəxanada qalan 2 nəfər də evə buraxılıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Bildirilib ki, müayinə və tibbi prosedurlardan sonra şagirdlər evə buraxılıblar.
Qeyd edək ki, aprelin 18-da 149 nömrəli tam orta məktəbdə özünü narahat hiss edən və məktəb rəhbərliyi tərəfindən dəvət olunmuş təcili-tibbi yardım tərəfindən şagirdlər səhiyyə müəssisəsinə yerləşdirilib.
xxx
Aprelin 18-da 149 nömrəli tam orta məktəbdə özünü narahat hiss edən və məktəb rəhbərliyi tərəfindən dəvət olunmuş təcili-tibbi yardım tərəfindən səhiyyə müəssisəsinə yerləşdirilən 15 şagirddən 13-ü müvafiq müayinə və tibbi prosedurlardan sonra evə buraxılıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq məktəbdən bildirilib. Qeyd edilib ki, digər 2 şagirdin vəziyyətinin də qənaətbəxş olduğu bildirilir.