Dünyanın ən böyük kriptovalyutası olan "Binance", ölkədəki tənzimləmələrə görə Niderland bazarından çəkilmək qərarına gəldiyini açıqlayıb.
525.az xəbər verir ki, "Binance" tərəfindən edilən açıqlamada şirkətin Niderland bazarından çəkildiyi və ölkədə yaşayan yeni istifadəçilərin qəbul edilməyəcəyi bildirilib. Niderlandda qeydiyyatdan keçmiş mövcud istifadəçilərin sərmayələrini geri çəkməsinə icazə veriləcəyi bildirilən açıqlamada istifadəçilərə aktivlərini ən qısa zamanda "Binance"dan geri çəkmələri tövsiyə edilib.
Qeyd edək ki, Niderland Mərkəzi Bankı (DNB) 2022-ci ildə "Binance"i lazımi qeydiyyatlar tamamlanmadan əməliyyatların aparılmasına icazə verdiyi səbəbilə 3 milyon 325 min avro cərimələmişdi.
Məhəmməd Tağıyev