Milli Məclisin növbəti plenar iclası oktyabrın 20-də keçiriləcək.
525.az xəbər verir ki, bu barədə Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.
Toplantının gündəliyi isə yaxın vaxtlarda açıqlanacaq.