|
|
|
|
Bakının Yasamal rayonu ərazisində qəza törədərək qaçan “Toyota Prius”un sürücüsü saxlanılıb.
525.az-a bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsindən məlumat verilib.
Bildirilib ki, Yasamal rayonu ərazisində “Toyota Prius” markalı, 99-NF-743 dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən uzaqlaşması barədə müxtəlif media subyektlərində yayımlanmış məlumat əsasında Baş DYP İdarəsində dərhal araşdırma başlanılıb.
Qeyd olunan nəqliyyat vasitəsinin sürücüsü - 2003-cü il təvəllüdlü E.Bayramzadə aşkar edilərək inzibati məsuliyyətə cəlb edilib.