Almaniyanın xarici işlər nazirinin müavini Cennifer Morqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
525.az-a bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi mötəbər tədbir olan BMT-nin iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransına (COP29) hazırlıq prosesi üzrə fikir mübadiləsi aparılıb.