Rusiya Xarici İşlər Nazirliyinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzrə xüsusi səfiri Viktor Vasilyev yerli KİV-ə açıqlamasında Ermənistanın təşkilatdan çıxmasının gündəmdə olmadığını deyib.
525.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, İrəvanın KTMT tədbirlərində iştirak etməməsini Ermənistanın öz seçimi adlandırıb.
“Bu, Qərbin təzyiqi və emosiyaların nəticəsidir”, - səfir vurğulayıb.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan daha əvvəl KTMT-nin addımlarının İrəvanın maraqlarına uyğun gəlmədiyini bildirmişdi ("Report").