Lerikdə yanğın hadisəsi baş verib.
525.az xəbər verir ki, yanğın hadisəsi gecə saat 3 radələrində Lənkəran-Lerik magistralında yerləşən "Təbəssüm" istirahət mərkəzində qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) texnika və canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğın lokallaşdırılıb. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.
Yanğın zamanı xəsarət alan olmadığı bildirilir (APA).