Cənubi Sudanda otlaq məsələsinə görə çobanlarla fermerlərin arasında dava düşüb, ilkin hesablamalara görə, qarşıdurmalarda 39 nəfər həyatını itirib.
525.az xarici mediaya istinadən xəbər verir ki, polis sözçüsü Elijah Mabor Makuaç mətbuata verdiyi açıqlamada ölkənin Varrap və Lakes bölgələrində torpaq mübahisəsi zəminində çobanlarla fermerlər arasında qarşıdurmada 39 nəfərin həyatını itirdiyini, 52 nəfərin isə yaralandığını bildirib.
Bölgəyə təhlükəsizlik qüvvələrinin göndərildiyini deyən Makuaç qarşıdurmaların çobanlara məxsus sürülərin kənd təsərrüfatı ərazilərinə daxil olması səbəbindən baş verdiyini qeyd edib.
Malik Atilay