"Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2020-ci ildən Rəqəmsallaşma üzrə prorektor vəzifəsi yaradılıb. 260 UNEC müəlliminə “Digital Skills” təlimi verilib".
Bu fikirləri 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov söyləyib. Rektor bildirib ki
2020-ci ildə “Distant ali təhsil: yeni imkanlar və müasir çağırışlar” mövzusunda UNEC-də beynəlxalq forum keçirilib:
""Distant təhsildə tədrisin təşkili və metodik təminatı” mövzusunda ABŞ-ın Şimali Dakota, Kanzas, George Vaşinqton, Klemson, Radford, İsveçrənin Luqano, eləcə də Türkiyənin Anadolu Universitetinin professorları tərəfindən seminar və “Distant təhsil: ənənəvi təhsillə oxşar və fərqli xüsusiyyətləri”, “Distant təhsilin informasiya-resurs təminatı: elektron resurslar və onlayn xidmətlər”, “Distant təhsildə interaktivliyin təmini (mühazirə dərslərinin təşkili və keçirilməsi üsulları”, “Distant təhsildə sərbəst işlərin yerinə yetirilməsi qaydaları”, “Distant təhsildə tələbə motivasiyasını yüksəldən tədris metodları”, “Distant təhsildə tələbələrlə dərsdən kənar əlaqənin effektiv qurulması” mövzularında isə təlimlər təşkil edilib".
Sevinc Qarayeva