|
|
|
|
Polis əməkdaşları ötən gün ölkə ərazisində 75 kiloqrama yaxın narkotik vasitə aşkar edərək götürüblər.
525.az-a bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr, 4,4 kiloqramdan artıq heroin, 60 kiloqrama yaxın marixuana, 2 kiloqrama yaxın tiryək, 8,6 kiloqramdan çox metamfetamin olub.
Bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir.