|
|
|
|
Yəmənin "Husi Ənsar Allah" hərəkatı ABŞ-nin "MQ-9 Reaper" hücum pilotsuz uçuş aparatını məhv etdiklərini açıqlayıb.
525.az xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Sariya “Al Masirah” telekanalında məlumat verib.
Sariya PUA-nın Hudeyda vilayətinin hava məkanında vurulduğunu bildirib. O, husilərin ərazini müdafiə etmək üçün bütün səylərini davam etdirəcəyini vurğulayıb.
Qeyd edək ki, 2023-cü ilin noyabrında ABŞ Müdafiə Nazirliyi Amerikanın "MQ-9 Reaper" pilotsuz təyyarəsinin Yəmən husiləri tərəfindən vurulmasını etiraf edib.
Havar Şəfiyeva