Yuxu kimi gerçəklik!
Dosta sevinc, düşmənə göz dağı verən hadisə!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs veriblər.
lll
Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpasından qürur duyan, Dövlətimizin, Vətənimizn taleyinə biganə olmayan, ölkəmizin sabahına, gələcəyinə, yeni dövrə etinasız yanaşmayan hər bir vətəndaşın 7 fevral prezident seçkisində iştirakı onun özü və tariximiz qarşısında böyük məsuliyyət, mənəvi borcdur. Son illər qazanılan möhtəşəm qələbələrin, böyük uğurların növbəti illərdə də davamının gəlməsi naminə seçkiyə gedib öz ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa etmiş Azərbaycanın sabahını necə görmək istədiyimizə münasibət bildirməklə hər birimiz həm də öz vətəndaşlıq borcumuzu yerinə yetirmiş olarıq.
lll
Tarıxi günün astanası, yeni dövrün başlanğıcı...
lll
Sükutumuz uğurlu olsun, yeni sevinclərin təməlinə çevrilsin!
lll
Zəngin və məhsuldar gün, çevik və dinamik beynəlxalq əlaqələr!
Prezident İlham Əliyevin Münxendə gün ərzində keçirdiyi çoxsaylı görüşlər barədə bu ifadələri söyləmək olar.
ABŞ Dövlət katibi Antoni Blinken başda olmaqla Amerika rəsmiləriylə, Almaniya Kansleri Olaf Şolts və onun təşəbbüsü ilə Nikol Paşinyanla, Ukrayna Prezidenti Zelenskiylə, Banqladeşin Baş naziriylə, Avropa Komissiyasının İcraçı vitse-prezidenti ilə və digər rəsmilərlə çoxsaylı görüşlər, müxtəlif siyasətçilərin COP29-un Azərbaycanda keçirilməsi və bunun əhəmiyyəti barədə ağızdolusu dedikləri fikirlər Azərbaycan liderinin nüfuzunun, ölkəmizin regionda və dünyada güclənən rolunun, artan imicinin göstəricisidir.
İndi şairin şeirini azca improvizə edib belə demək olar: Hamı bizə sarı gəlir!
lll
35 saylı Xətai üçüncü seçki dairəsinin 7 saylı seçki məntəqəsində səs verdik.
56 saylı məktəbdəki 3 seçki məntəqəsinin üçündə də qələbəlikdir.
Ölkəmizin hər tərəfində Zəfər seçkisinə layiq ab-hava var.
Uğurlu olsun!
lll
Bu tarixi gündə, bu Zəfər seçkisində ürəkdən iştirak edən, bütün gün ərzində yorulmadan öz peşə vəzifəsini layiqincə yerinə yetirən, səsvermə prosesini peşəkarcasına işıqlandıran jurnalist həmkarlarımıza dərin təşəkkürümüzü bildiririk.
Jurnalistika - fədakarlıq, əzmkarlıq, məsuliyyət və böyük zəhmət tələb edən sahə, jurnalist - hörmətə və ehtirama layiq şərəfli peşədir.
Uğurlar həmişə sizinlə olsun!
lll
Parlaq qələbənin ilk sevincləri...
lll
Ən yaxşı işə də qulp qoyanlar tapılacaq...
lll
Çoxuna bir qıy lazımdır...
lll
Keçmişin xiffətini çəkmək gəncliyi geri qaytarmaq istəyidir...
lll
Yüngül beyinlər cəhaləti...
lll
Coşmaq yaradıcı adamlar üçün vacib keyfiyyətdir. Qızışmaq isə ziyan vurur.
lll
Qəzet həm də nostaljidir, xəfif xiffətdir, keçmişin ilıq xatirəsidir.
lll
Psixiatrın pasiyentləri...
lll
Neqativ informasiyaların çoxluğundan gileylənir, səbəbləri barədə düşünüb bəzən özümüzü günahlandırırıq. Təhsilin İnkişafı Fondunun rəhbəri Elnur Nəsibov İlon Maska istinadən nikbin qənaətə gəlib, problemin kökü barədə maraqlı və yaddaqalan status paylaşıb.
Təşəkkürlər!
lll
Media xəbərin doğru olmadığını yazır, amma sosial şəbəkə istifadəçiləri öz dediyini deyir. Bu dəfə qınanılası media yox, məsuliyyətsiz sosial şəbəkə istifadəçiləridir.
lll
Zorakılığı və qəddarlığı təşviq edən videoların paylaşılması bağışlanılmaz hərəkətdir.
Bunu media qurumları və jurnalistlər edirlərsə, ikiqat məsuliyyət daşıyırlar.
Belə videoların yayılmasının cəmiyyətin etirazına və sərt qınağına tuş gəlməsi təbiidir. Sağlam düşüncə heç vaxt geri çəkilməməlidir.
lll
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının doğum günüdür. Dəyərli həmkarımızın 55 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edirik.
Akif Aşırlı müasir Azərbaycan mətbuatının təşəkkülündə və inkişafında böyük xidmətləri olmuş, daim jurnalist peşəsinin təəssübünü çəkmiş qələm dostumuzdur. Onun mətbuata bağlılığı təcrübi və nəzəri baxımdan diqqət çəkib. Bu səbəbdən də yubilyar həm gözəl jurnalistdir, həm təşkilatçı, həm də mətbuat tariximizin mahir tədqiqatçısıdır.
Arzu edirik ki, Akif Aşırlının yaradıcılıq şövqü, elmi fəaliyyəti bundan sonra daha da güclənsin. 55 illik yubileyinin yaşatdığı sevinc və qürur hissi hər zaman onunla olsun. Bir daha təbrik edir, uğurlar arzulayırıq.
lll
Tükürpədən cinayətlər...
lll
Feysbukun senzurası sovetinkindən betərdir.
lll
Maddiyyat indi cəmiyyətdə əsas amilə çevrilib və əxlaq da ona uyğun formalaşır: pul, pul, pul!
Bu isə bütün qalan dəyərləri darmadağın edir.
Vəzifəyə gəlir mənbəyi kimi baxmağın kökündə də pulun ən üstün dəyərə çevrilməsi durur.
lll
Nəinki an, heç gün, ay, il də dayanmır.
lll
Hər yanı, hər şeyi ancaq qara rəngdə görənlərin gözlərində yox, qəlblərində problem var.
lll
Zəfərimizə layiq komanda - "Qarabağ"!
Oyun zamanı Qurban Qurbanovun reaksiya və jestləri isə ustad dərsi, məşqçilik məktəbidir!
lll
Bu dəfə də haqsızlığın qurbanı olmayacağıq! Dua edək...
lll
Sabahkı tədbirlərin təşkilatçıları bağışlasın!
Səsim batıb!..
Təbriklər, "Qarabağ"!
lll
Tarixi oyun izlədik. İnanılmaz həyəcan yaşadıq, haldan hala, istidən şaxtaya düşdük və xoş sonluqla, sevinc və qürurla ayrıldıq.
"Qarabağ" və Qurban Qurbanov əfsanədir! Möcüzə yaratdılar.
Davamlı uğurlar!
lll
"Qarabağ"a həm də ona görə təşəkkür düşür ki, möhtəşəm oyunu və tarixi uğuru ilə sosial mediadakı neqativləri arxa plana keçirdi, xalqımıza növbəti sevinc bəxş elədi.
Həmişə qələbələrimizə, uğurlarımıza sevinək! Yaxşıya, nikbinliyə köklənək!
lll
Qadınların futbolun mənasını və ləzzətini dərindən hiss etməməsinin səbəbləri barədə düşünürəm.
Bir kitablıq izahı var.
Tədqiqat mövzusudur.
lll
Azərbaycan jurnalistikasının zəhmətkeş və peşəkar simalarından Nurşən Quliyevin 50 yaşı tamam olur.
APA İnformasiya Agentliyinin baş direktoru Nurşən Quliyev təvazökarlığı, prinsipiallığı, daim peşə təəssübünü çəkməsi ilə jurnalistikaya dəyər qazandıran, bu keyfiyyətləri ilə dostları, yaxınları arasında yüksək hörmətə layiq həmkarımızdır.
Yubilyar həm də jurnalistikanı vətənpərvərliklə vəhdətdə tutmaq bacarığı ilə fərqlənir. Əlamətdar haldır ki, onun 50 illiyi Xankəndinin, sözün əsl mənasında, Azərbaycana çevrildiyi bir vaxta təsadüf edir. Elə bilirəm, bu, N.Quliyevin həyatının əlamətdar gününə ən gözəl hədiyyədir.
Arzu edirəm ki, dostları, həmkarları Nurşənin növbəti yubileylərini doğulub boya-başa çatdığı Xankəndidə, Malıbəylidə keçirsinlər. Dəyərli həmkarımıza möhkəm cansağlığı, bol-bol uğurlar və müvəffəqiyyətlər arzulayıram.
Ürəkdən təbriklər!
lll
Adam başqalarının qocalmağını görür, özününkünü yox...
lll
Soyqırımın 32-ci ilində jurnalistlərimizin Xocalı sakinləriylə birgə qətliamın baş verdiyi məkanlardan reportajları çox təsirlidi. Hüzn, kədər, qüssə qarışıq müsahibələrdə həm də qürur və sevinc hissləri var.
Qanlı yaralarımızın qaysaqlarında badam çiçəkləri tumurcuqlayır.
lll
Özünəgüvənin itməsi, lazımsızlıq ən qorxulu hisslərdir.
lll
Heç olmasa kinoda işıq olmalıdır...
lll
Sivilizasiyaya, texnologiyaya, süni intellektə çiriş kətəsiylə meydan oxumaq!..
lll
Səhərlər xoş açılsın həmişə!
lll
Bir az gülün, cənablar, çox ciddisiniz!
lll
Nəfəs dərməyə imkan olmayacaq.
lll
Problem burunda deyil, başdadır...
lll
Köhnə xəbərləri təzə informasiya kimi yaymaq yolverilməzdir. Bunu yayan media subyekti məlumatsızlığını büruzə verməklə özünə etimadsızlıq yaradır.
lll
İNSİNUASİYA - şərləmək, böhtan atmaq, başqasını ləkələmək üçün qəsdən yalan uydurmaq...