https://525.az/img/pics/medium/2024-04/311691_ttk393l7ij.jpeg Hikmət Hacıyev: “Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”
https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
search
27 Aprel 2024

"100 milyonluq futbolçu 5 metrdən qapıya düşmürsə..." - Bəhlul Mustafazadə

"100 milyonluq futbolçu 5 metrdən qapıya düşmürsə..." - Bəhlul Mustafazadə

Azərbaycan millisinin üzvü Bəhlul Mustafazadə FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FİFA series - Edition 2024” layihəsi çərçivəsində sabah Monqolustana qarşı keçirəcəkləri oyun haqqında fikirlərini bölüşüb.

QOL.az saytının məlumatına görə, o, mətbuat konfransında əvvəlcə sabahkı görüş barədə fikirlərini bölüşüb: “Fərqli futbol mədəniyyətlərinə malik komandalarla oynayacağıq. Bizim üçün yaxşı təcrübə olacaq. Qarşıdakı 2 matçda həm yaxşı oyun sərgiləməyə, həm də qələbə qazanmağa çalışacağıq”.

O, millidəki ab-havanın yüksək səviyyədə olduğunu bildirib: “Hər şey qaydasında gedir. Plana uyğun çalışamalarımızı davam etdiririk”.

B.Mustafazadə bildirib ki, son zamanlar sıx qrafikdə oynamaları “Qarabağ”ın futbolçularının millidəki çıxışına təsir etməyəcək: “Bu, milli komandadır. Nə olur, olsun, çətinliyə, yorğunluğa baxmayaraq, millidə bütün futbolçular ikiqat çalışırlar. O cümlədən də biz”.

“Qarabağ”ın üzvü “Bayer”lə matçın sonunda qaçırdığı qol epizodunun ona psixoloji cəhətdən mənfi təsir etmədiyini söyləyib: “Hər şey qaydasındadır. “Bayer”ə qarşı 2 gözəl oyun keçirdik. Azərbaycan xalqı bu mübarizədən məmnun qaldı. Uduzmağımız psixoloji cəhətdən problem yaratmadı. 100 milyonluq futbolçu 5 metrdən qapıya düşmürsə, mənim də şansımı qaçırmağımda ciddi problem yoxdur”.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.