https://525.az/img/pics/medium/2024-04/311691_ttk393l7ij.jpeg Hikmət Hacıyev: “Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”
https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
search
27 Aprel 2024

“Qarabağ” Juninyoya görə 8 milyon avro istədi

“Qarabağ” Juninyoya görə 8 milyon avro istədi

“Beşiktaş”ın idman direktoru Samet Aybaba "Qarabağ"ın futbolçusu Olavio Juninyonun transferinə görə klub nümayəndələri və hücumçunun özü ilə görüşüb.

525.az xəbər verir ki, bu barədə Türkiyənin “Fotosport” nəşri məlumat yayıb.

Aybabanın Avropa Liqasının 1/8 finalında "Qarabağ"ın Leverkuzendə "Bayer"lə oyununu canlı izlədiyi və futbolçunu bəyəndiyi bildirilib. Xəbərdə qeyd olunub ki, klub rəsmisi daha sonra "Neftçi"nin sabiq hücumçusu, hazırda "Partizan"da çıxış edən Mateus Saldanyanın oyununu izləyib və "Beşiktaş"a onun yox, Juninyonun daha faydalı olacağı qənaətinə gəlib.

"Qarabağ"ın isə braziliyalı hücumçu üçün "Beşiktaş"dan 8 milyon avro istədiyi bildirilib. İstanbul klubu üçün hazırda bu məbləğin çox olduğu, ancaq "Beşiktaş" tərəfinin növbəti görüşlərdə qiymətin uyğun bir həddə gətiriləcəyinə inandığı vurğulanıb.

Qeyd edək ki, bu mövsüm Juninyo "Qarabağ"ın heyətində meydana çıxdığı 43 matçda 23 qol və 7 qol ötürməsi edib. Onun “Qarabağ”la müqavilə müddəti 2026-cı ilin iyununa qədərdir.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.