https://525.az/img/pics/medium/2024-04/311691_ttk393l7ij.jpeg Hikmət Hacıyev: “Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”
https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
search
27 Aprel 2024

"Rusiya futboluna baxmıram" - Andrey Lunyov

"Rusiya futboluna baxmıram" - Andrey Lunyov

Rusiya millisinin düşərgəsində olan "Qarabağ"ın qapıçısı Andrey Lunyov yerli mətbuata açıqlamalar verib.

QOL.az  “Sovsport”a istinadən xəbər verir ki, o, əvvəlcə Avropa Liqasının 1/8 finalında "Bayer"lə oyunlar haqda danışıb:

"Əlbəttə ki, mərhələni keçə bilməməyimiz çox üzücüdür. Çünki hər iki oyunda qələbəyə yaxın idik. Amma nəticə belə oldu. Futboldur, biri qazanır, biri uduzur. Ümumilikdə yaxşı oynadıq”.

Lunyov karyerası ilə bağlı gələcək planları haqda sualı da cavablandırıb: "Hələlik diqqətimi millinin oyunlarına cəmləmişəm. Sonra mən kluba qayıdıram, orada mənə verilən tapşırıqları həll etməliyəm. Sonra isə olanları görəcəyik".

Lunyov Rusiya çempionatını izləmədiyini də bildirib: "Mən Rusiya futboluna baxmıram. Ona görə də dəqiq nəsə demək çətindir. Ancaq onu deyə bilərəm ki, "Zenit" çempion olacaq. Buna əminəm".

Qeyd edək ki, Lunyov Rusiya millisinin ötən gün Serbiya ilə keçirilən yoldaşlıq oyununda (4:0) ehtiyatda qalıb. Rusiya millisi növbəti yoldaşlıq matçını martın 25-də Moskvada  Paraqvaya qarşı keçirəcək.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.