https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
search
27 Aprel 2024
26 Aprel 2024

Dani Alveşin ailəsi 1 milyon avro pul axtarır

Dani Alveşin ailəsi 1 milyon avro pul axtarır

"Barselona"nın və Braziliya millisinin sabiq müdafiəçisi Dani Alveşin ailəsi məhkəmədə zaminə buraxılması üçün zəruri olan 1 milyon avro borc almaq istəyir.

QOL.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Keçmiş futbolçunun Braziliyadakı çoxmilyonluq sərvəti toxunulmazdır. Onun və ya ailəsinin əmlakı satmaq hüququ yoxdur. 

Əgər məhkəmənin tələb etdiyi 1 milyon avro ödənilsə, Alveş zərərçəkəndən uzaq durmaq və ölkəni tərk etməmək şərti ilə həbsdən azad olunacaq.

Neymarın bu ilin əvvəlində təzminat ödəməyə kömək edən atası bu dəfə Alveşə yardım etmək istəməyib. Hazırda sabiq hücumçunun ailəsi 1 milyon avronu ödəmək üçün mübarizə aparır. 

Əgər onlar yaxın 24 saat ərzində bunu edə bilsələr, o zaman Alveşə növbəti bazar ertəsi həbsxanadan çıxmağa icazə veriləcək.

Xatırladaq ki, ötən ilin yanvarında 40 yaşlı Dani Alveş Barselonadakı Sutton gecə klubunda qıza təcavüz etməkdə ittiham olunub. Yanvarın 20-də keçmiş futbolçu nəzarətə götürülüb. Daha sonra o, 4ş5 il həbs cəzasına məhkum edilib və həmçinin mənəvi təzminat olaraq zərərçəkənə 150 ​​min avro ödəməyə məhkum edilib. Eyni zamanda İspaniya prokurorluğu Alveşin daha uzun müddət həbsdə qalması lazım olduğunu düşünərək məhkəmənin qərarından apellyasiya şikayəti verməyi planlaşdırıb

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.