https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
search
27 Aprel 2024
26 Aprel 2024

2024-cü ildə Şöhrət Zalına daxil edilən ilk futbolçu

2024-cü ildə Şöhrət Zalına daxil edilən ilk futbolçu

"Çelsi" və "Arsenal"ın sabiq üzvü Eşli Koulun adı Premyer Liqanın Şöhrət Zalına daxil edilib.

Qol.az xəbər verir ki, bu haqda qurumun saytı məlumat yayıb. Keçmiş müdafiəçi azarkeşlərin və ekspertlərin səsverməsi ilə seçilib. 

Koul 2024-cü ildə Şöhrət Zalına daxil olan ilk oyunçu olub. Eşli Koul “Arsenal”ın yetirməsidir. 1998-ci ildə “topçular”da debüt edən Koul 2006-cı ildə "Çelsi"yə keçib və 2019-cu ildə "Derbi Kaunti" oyunçusu kimi futbolçu karyerasını bitirib.

O, "Arsenal"ın üzvü kimi iki dəfə İngiltərə Premyer Liqasının qalibi olub, ölkə kubokunu və Superkubokunu qazanıb. O, "Çelsi" ilə də İngiltərə çempionatının, həmçinin Çempionlar Liqası və Avropa Liqasının qalibi olub.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının Şöhrət Zalı 2021-ci ildə təsis edilib və Premyer Liqada çıxış etmiş futbolçulara həsr olunub.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.