https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
search
27 Aprel 2024
26 Aprel 2024

Musadan "Qarabağ"a qayıdacağı barədə xəbərlərə münasibət

Musadan "Qarabağ"a qayıdacağı barədə xəbərlərə  münasibət

Milli komandamızın hücumçusu Musa Qurbanlı icarə əsasında “Qarabağ”a qayıdacağı barədə yayılan xəbərləri təkzib edib.

QOL.az saytına açıqlamasında 22 yaşlı forvard hazırda çıxış etdiyi İsveçin “Yurqorden” klubundan tezliklə ayrılmaq barədə düşünmədiyini bildirib: “Belə bir məlumatım yoxdur. Hələ ki “Yurqorden”dəyəm və “Qarabağ”a qayıdacağım barədə heç bir qərar verilməyib. Bu haqda danışığımız olmayıb. Mən “Yurqorden”in futbolçusuyam və bu klubun uğurları üçün çalışıram. “Qarabağ”a qayıtmaq barədə hər hansı bir söhbət olmayıb”.

M.Qurbanlı İsveç klubundakı çətinliklərə hazır olduğunu vurğulayıb: “Mən İsveçə gedəndə bilirdim ki, bu, nağıl deyil, birdən-birə hansısa partlayış olmayacaq. Futbolda belə çətinliklər olur. Bu çətinliklərə hazır idim. Təbii ki, oynamayanda nəinki mənim üçün, ümumiyyətlə, hər bir futbolçu üçün psixoloji cəhətdən asan olmur”.

O, hazırda öz şansını gözlədiyini söyləyib: “Fasilə müddətində komandaya yeni futbolçular cəlb olundu. Ola bilər ki, baş məşqçi hazırda yeni transferlərə daha çox şans verir. Mənim işim məşqlərimi edib öz şansımı gözləməkdir”.

Qeyd edək ki, dünən ölkə mətbuatında yayda Musa Qurbanlının “Qarabağ”a qayıdacağı və 2024/25 mövsümünü icarə əsasında Ağdam klubunda keçirəcəyi barədə xəbərlər yayılıb.

Əlavə edək ki, onun “Yurqorden”lə müqaviləsi 2026-cı ilin yayına kimidir.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.