Cəbrayıl rayonunun Hovuslu kəndi ərazisində minalar aşkarlanıb.
525.az-a bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildrilib ki, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları ərazidən 29 ədəd tank və piyada əleyhinə mina, 3 avtomat, 1 pulemyot, 1 qumbaraatan və digər sursatlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.