|
|
|
|
NATO-nun baş katibi Yens Stoltenberq Ukraynaya silah tədarükünün sürətləndirilməsinin vacibliyini vurğulayıb.
525.az xəbər verir ki, Stoltenberq Ukrayna prezidenti Vladimir Zelenski ilə paytaxt Kiyevdə keçirdiyi birgə mətbuat konfransında hərbi yardımın gecikdirilməsinin döyüş meydanında ciddi fəsadları olduğunu söyləyib.
Hər hansı hərbi yardımın gec gəlməsinin Rusiyanın cəbhə xəttində irəliləməsi demək olduğunu bildirən Stoltenberq: "Ukraynanın qalib gəlməsi üçün hələ gec deyil. Daha çox dəstək yoldadır. Başa düşməliyik ki, tədarükün gecikməsi ölüm-dirim məsələsidir", - deyib.
Məhəmməd Tağıyev