Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətindəki Semenovka qəsəbəsini nəzarətə götürdüklərini açıqlayıb.
525.az xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya hərbi qüvvələrinin Rusiya-Ukrayna müharibəsindəki fəaliyyətləri barədə məlumat verilib.
Rusiya ordusunun Ukraynada döyüşlərini davam etdirdiyi bildirilən açıqlamada: “Mərkəzi Qüvvələr Qrupunun bölmələri Donetsk Xalq Respublikasının qəsəbəsini azad edib”, - ifadəsi işlədilib.
Açıqlamada Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatlarının (PUA) yığıldığı mərkəz, o cümlədəm son 24 saat ərzində 22 PUA vurulduğu bildirilib və bunlar qeyd edilib:
“Hərbi əməliyyat başlayandan indiyədək 593 təyyarə, 270 helikopter, 23 min 609 PUA, 509 hava hücumundan müdafiə raket sistemi, 15 min 880 tank və zirehli texnika, 1275 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 9 min 209 haubitsa və minaatan məhv edilib".
Malik Atilay